Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:26

Seçki bülletenlərinin paylanmasına başlanıb


Seçki

Növbədənkənar prezident seçkiləri ilə bağlı bülletenlərin dairə seçki komissiyalarına paylanmasına başlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçki bülletenlərinin paylanması ilə bağlı tədbir Milli Məclisin mətbəəsində keçirilib. Bülletenlər ilkin olaraq bu gün, aprelin 2-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri daxil olmaqla, ümumilikdə 41 seçki dairəsinə göndərilib.

Aprelin 3-i və 4-də bülletenlərin bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur.

MSK bildirir ki, seçki bülletenləri yüksək təhlükəsizlik şəraitində hazırlanıb. Seçki komissiyalarına verildikdən sonra bülletenlərin daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsini isə Daxil İşlər Nazirliyinin uyğun qurumları həyata keçirməlidir.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Ümumilikdə 8 namizəd qeydiyyatdan keçib. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Multimedia

XS
SM
MD
LG