Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 02:23

Müdafiə naziri PUA istehsalçısı şirkətində


Zakir Həsənov Türkiyənin pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində.

Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal edən “Baykar Makina” şirkətində olub.

Bu barədə Azərbaycan Müdafiə nazirliyinin bu gün, martın 31-də yaydığı məlumatda bildirilib.

Məlumata görə, müdafiə naziri müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və onların istehsalı olan hərbi təyinatlı döyüş vasitələrinə baxıb.

Z.Həsənov Türkiyə milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Türkiyəyə gedib. Səfər müddətində Z.Həsənov Türkiyə prezidenti Erdoğanla, Baş Qərargah rəisi Hulüsi Akarla və milli müdafiə naziri N.Canikli ilə görüşüb.

Bu gün, martın 31-də isə Türkiyənin Gerasun şəhərində bu ölkə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG