Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 13:44

ABŞ iranlıya viza verib


Qan xərçəngi olan Maziar Hashemi (sağda) həyat yoldaşı Fereshteh ilə Bostonda xəstəxanada

Birləşmiş Ştatlara qan xərçəngi olan qardaşına sümük iliyi vermək üçün getmək istəyən iranlıya viza verilib. Bunu ailənin vəkili bildirib.

ABŞ Dövlət Departamenti Kamiar Hashemi-yə viza verib. Vəkil Mahsa Khanbabai-nin martın 29-da deməsinə görə, prezident Donald Trump-ın səyahət qadağasına baxmayaraq, ona güzəşt olunub.

Hashemi qardaşının həyatını xilas edəcək transplantdan ötrü 100 faiz uyğun gəldiyini öyrənən kimi, fevralda ABŞ-ın Yerevandakı konsulluğuna viza üçün müraciət edib.

Vəkilin deməsinə görə, konsulluq martın 29-da telefon zəngi vasitəsiylə vizanın verildiyini təsdiqləyib.

Trump-ın səyahət qadağası İran, Liviya, Suriya, Yəmən, Somali, Çad və Şimali Koreyadan Birləşmiş Ştatlara səyahət etmək istəyənlərin yolunda əngəldir.

Bir neçə aylıq hüquqi çəkişmədən sonra, dekabrın 8-də ABŞ Ali Məhkəməsi qanunu qüvvəyə mindirib.

Qadağada bəzi istisnalar nəzərdə tutulsa da, tənqidçilər bu prosesin xeyli çətin olduğunu, müraciət qaydalarının aydın olmadığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG