Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 16:41

Zakir Həsənov Ərdoğanla görüşüb


Z.Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Martın 29-da Türkiyə prezidenti Z.Həsənovu özünün iqamətgahında qəbul edib.

Bu haqda Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, prezidentdən öncə Z.Həsənovu Türkiyə milli müdafiə naziri Nurəddin Canikli qəbul edib.

Azərbaycan və Türkiyə nazirləri əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşüblər.

Vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO -nun proqramları çərçivəsində aparılır.

Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran başqa məsələlər də diqqət mərkəzində olub.

Xatırlatma

Azərbaycanın müdafiə naziri Z.Həsənov martın 28-də Türkiyəyə gedib. Elə həmin gün Z.Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə görüşmüşdü.

Z.Həsənovun səfəri Türkiyə milli müdafiə naziri N.Caniklinin dəvəti üzrə gerçəkləşıb.

Martın 31-də isə bu ölkənin Giresun şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü planlaşdırılır.

Multimedia

XS
SM
MD
LG