Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Təmizlik işçisinin ölümü ilə bağlı rəsmi açıqlama


Foto illüstrasiya

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi paytaxt sakini Cəmilə Salahovanın yol qəzası zamanı hadisə yerində ölməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, martın 27-də saat 18 radələrində Zaur Musayev etibarnamə olmadan idarə etdiyi «Kamaz» markalı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib.

Məlumatda vurğulanıb ki, Sabunçu rayon ərazisində qoşqunun arxa dəmir qapısı açılaraq təmizlik işləri aparan C.Salahovaya dəyib və o həlak olub.

Açıqlamada bildirilib ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

«İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və başqa zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir», - məlumatda vurğulanıb.

Rəsmi açıqlamada adıgedən Z.Musayev və ya vəkilinin ittihamlara münasibətini hələlik öyrənmək mümkün olmayıb.

Son günlər sosial şəbəkələrdə təmizlik işləri görən C.Salahovun yolda ölümü qızğın müzakirə mövzusuna çevrilmişdi.

Azərbaycanda təmizlik işçilərinin çox cüzi əməkhaqqı aldığını bildirən bəzi sosial şəbəkə istifadəçiləri vurğulayırdılar ki, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına dair rəsmi açıqlamalara baxmayaraq, ölkədə sosial ədalətsizlik getdikcə artmaqdadır.

Multimedia

XS
SM
MD
LG