Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:47

Malala başından vurulandan bəri Pakistana ilk səfərini edir


Malala Yousafzai ailəsi ilə İslamabadda aeroportda

Nobel sülh mükafatı laureatı Malala Yousafzai Pakistanda baş nazir Shahid Khaqan Abbasi ilə görüşüb. Malala 2012-ci ildə Taliban yaraqlıları tərəfindən başından güllə yarası alandan ilk dəfə olaraq vətəninə gəlib.

Baş nazir Abbasi Malala-nı martın 29-da, paytaxt İslamabada gəlişindən bir neçə saat sonra qəbul edib.

Pakistan televiziyası Malala və valideynlərini Benazir Bhutto Beynəlxalq Aeroportuna görüntüləyib. Onlar aeroportdan 15-dək maşın karvanı, polisin müşayiətiylə çıxıblar.

TƏHSİL MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

Pakistan rəsmilərinin deməsinə görə, 20 yaşlı Malala rəsmi görüşlərində ölkənin az inkişaf etmiş ərazilərində təhsilin inkişafı perspektivlərini müzakirə edəcək. Onun səfərinin təhlükəsizlik səbəblərindən gizli saxlandığı bildirilir.

Malala 15 yaşında məktəb avtobusunda başından güllə yarası alıb. O, qızların təhsil almasını təbliğ etdiyi üçün Taliban silahlılarının hədəfinə çevrilib.

*** Buna da bax: Malala Yousafzai Rohinca müsəlmanları ilə davranışı "biabırçı" adlandırır

Malala tibbi müalicədən ötrü İngiltərəyə gedib və orada yaşayır. 2017-ci ilin avqustundan Oxford Universitetində təhsil alır.

Qızların təhsili kampaniyasını bərpa etdiyindən 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.

O, BMT-nin Sülh Carçısıdır və uşaqların təhsilinə fokuslanan humanitar fonda rəhbərlik edir.

Malala hələ məktəbli ikən “Gul Mukai” təxəllüsüylə doğma Svat şəhərində Taliban idarəçiliyi altındakı həyatını qələmə almağa başlayır. O, gündəliyində təhsil tərəfdarı olduğunu güclü şəkildə müdafiə edir.

Pakistana səfər dörd gün çəkəcək. Malala və ailəsinin Svata gedib-getməyəcəyi bəlli deyil. Rəsmilər deyirlər ki, bu halda fövqəladə təhlükəsizlik tədbirləri görülməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG