Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Kalashnikov-un oğlu vəfat edib


Mikhail Kalashnikov-un Moskvadakı abidəsi

AK-47 avtomatının ixtiraçısının oğlu 75 yaşında dünyasını dəyişib.

Viktor Kalashnikov martın 27-də vəfat edib. Məlumatı martın 28-də Rusiyanın Udmurtiya regionunda yerləşən İjevsk Dövlət Texniki Universiteti elan edib, amma ölümün səbəbləri açıqlanmayıb.

Viktor Kalashnikov atası Mikhail Kalashnikov-la birlikdə illərlə bu universitetdə işləyib. Ak-47 avtomatının əfsanəvi dizayneri olan atası 2013-cü ilin dekabrında 94 yaşında dünyasını dəyişib.

Mikhail Kalashnikov-un ölümündən sonra Rusiya mediası onun Rusiya Pravoslav Kilsəsinin başçısına məktubu dərc edib. O, məktubunda ixtira elədiyi silahla öldürülənlərə görə məsuliyyət hiss etdiyini yazıb.

Sentyabrda Moskvada Mikhail Kalashnikov-un abidəsi açılıb.

Hazırda dünyada 100 milyon AK-47 avtomat silahının olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG