Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 16:55

Temperaturun düşəcəyi gözlənir


Bakı

Martın 29-da Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 6-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Martın 30-dan 31-i gündüzədək Bakı və Abşeronda havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi vurğulanır. Temperaturun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi təxmin edilir.

Azərbaycanın əksər rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı bildirilir. Gecə 6-11, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG