Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 12:20

Səudiyyə yenə İranı ittiham edir


Raket zərbəsindən ziyan görmüş ev

Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya İranı Yəməndəki husi yaraqlıları ballistik raketlə təchiz etməkdə suçlayıb. İddiaya görə, həmin raketlərdən ötən həftəsonu Ər-Riyada hücumda istifadə olunub və buna “uyğun” reaksiya planlaşdırılır.

Martın 26-da keçirilən mətbuat konfransında Səudiyyə qüvvələri raketlərin qalıqlarını nümayiş etdirib. Koalisiyanın sözçüsü Turki al-Malki deyib ki, “Səudiyyə ərazisinə atılmış raketlər İrandan çıxarılıb”. Onun sözlərinə görə, təkcə ər-Riyad deyil, Səudiyyənin bir neçə başqa şəhəri də hədəfə alınıb.

Pentaqon da İranı husilərin raket hücumlarına görə ittiham edib.

“İran daha öncə də husilərə qabaqcıl silahlar verib”, – sözçü Rebecca Rebarich bəyanatında deyib.

“İran Yəməndəki münaqişənin qonşu ölkələrə yayılmasına imkan verib və bu, münaqişənin həllinə yönəlik beynəlxalq cəhdlərə zərbə vurur”, – bəyanatda vurğulanır.

İran indiyədək husilərə silah verməsiylə bağlı deyilənləri təkzib edib.

Yəməndəki müharibədə 10 minədək adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG