Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 04:33

Əfqanıstan sülh konfransı başlanır


Kabil konfransı, 28 fevral, 2018-ci il

Martın 26-da Özbəkistan paytaxtı Daşkənddə Əfqanıstanla bağlı beynəlxalq konfrans başlanır.

Konfransa 20 ölkə təmsilçisi, o cümlədən ABŞ, Avropa Birliyi, Pakistan, İran, Çin, Rusiya və Orta Asiyanın beş ölkəsindən qatılan olacaq.

Konfransda Əfqanıstan sülh prosesi, həmçinin antiterror, narkotiklərlə mübarizə, regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Fevralın 28-də Əfqanıstan paytaxtında Kabil Prosesi adlı tədbir keçirilib. Ölkə prezidenti Ashraf Ghani həmin konfransda Taliban qruplaşmasına sülh danışıqları təklif edib.

Daşkənddəki konfransa ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Thomas Shannon da qatılacaq. Onun üç günlük səfər zamanı prezident Shavkat Mirziyoev, xarici işlər Abdulaziz Kamilov-la görüşəcəyi gözlənir.

XS
SM
MD
LG