Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Misirdə prezident seçkisi keçirilir


Abdel Fattah al-Sisi-nin seçki plakatı

Martın 26-da Misirdə prezident seçkisi başlanır. Üç gün çəkəcək səsvermədə hazırkı prezident Abdel Fattah al-Sisi-nin daha dörd illik müddətə prezident seçiləcəyi gözlənir.

Ölkədə sərt təhlükəsizlik tədbirləri görülüb. Rəsmi nəticələrin aprelin 2-də açıqlanacağı gözlənir.

Misirdə 60 milyon nəfər qeydiyyatdan keçmiş seçici var.

Sisi-nin rəqiblərindən biri son anda qeydiyyata alınmış, az tanınan Moussa Mostafa Moussa-dır. O, namizədliyini verməmişdən öncə Sisi-nin seçki kampaniyasının rəsmisi olub. Amma prezidentin “marionetkası” olmadığını deyir.

63 yaşlı Sisi bildirir ki, ciddi opponentinin olmaması üçün günahkar deyil.

“İstərdim ki, bir, iki, üç, ya da 10 ən yaxşı adamlar olardı və istədiyiniz namizədi seçərdiniz”, – o deyib.

Digər potensial opponentlər ya seçkiyə buraxılmayıb, ya da namizədliyini geri götürüb. Onların içində ordunun baş qərargah rəisi Sami Anan da olub. Ordu elan edib ki, ehtiyatda olan general namizədliyini verməklə qanunu pozub.

Tənqidçilər seçkini boykota çağırdığından seçici fəallığı diqqətlə izlənəcək.

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının Misir qanadı seçki ərazilərinə hücumlar etməklə hədələyib. Son illər ekstremistlər bu ölkədə yüzlərlə adamı qətlə yetiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG