Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 15:09

Ermənistan MN: "Qarabağda ölən əsgər..."


Erməni əsgəri (Arxiv)

Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb ki, Dağlıq Qarabağda erməni hərbçisi ölüb.

Hadisə martın 24-də saat 16 55-də "şimal istiqamətindəki hərbi hissələrdən birinin müdafiə ərazisində" baş verib.

Ermənistan MN 1999-cu il doğumlu Armen Arutunyanın ölümünü "güclü külək nəticəsində ağacın aşması ilə" əlaqələndirib.

Bu ərəfədə Ermənistan Fövqəladə Hallar Nazirliyi də Yerevanda və ölkənin başqa bölgələrində güclü küləyin əsməsi, ağacları aşırması, damlara ziyan dəyməsi haqda məlumat yaymışdı. Amma kiminsə xəsarət alması haqda məlumat verilməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG