Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Qurban Qurbanov: ‘Oyundan razı, nəticədən narazı qaldım’


Qurban Qurbanov

Dünən, martın 23-də Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan millisi Belarus yığmasını qarşılayıb. Yoldaşlıq oyunu 0:1 hesabı ilə Belarus yığmasının qələbəsi ilə başa çatıb.

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib ki, nəticədən yox oyundan razıdır:

“Məğlub olmaq istəməzdik, amma məğlubiyyətlə nə qədər tez tanış olsaq, səhvlərimizi bir o qədər tez görərik. Oyundan razı, nəticədən isə narazı qaldım. Hücumlar təşkil edirdik, oyunçular istəkli idilər. Ancaq təkbətək mübarizələrdə bir qədər möhkəm olmalıyıq…”​

Buna da bax: Qurban Qurbanov: ''Çelsi'nin belə köməyə ehtiyacı yox idi'

Belarus milli komandasının baş məşqçisi İqor Kriyuşenko isə deyib ki, komanda uzun müddət idi onun rəhbərliyi altında qələbə qazana bilmirdi:

“Buna görə də, qalib gəlməyimiz çox vacib idi. Oyun zamanı topu özümüzdə daha çox saxlamağa çalışdıq. İlk dəqiqələrdə bu alındı. Ancaq dəqiqələr keçdikcə komandamın ifasında arzuladığım oyunu görə bilmədim. Rəqib təzyiqi artırsa da, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etməyə çalışdıq. Bəzən istəyimizə çatdıq, bəzi epizodlarda isə alınmadı. Millinin hazırkı heyətində yer alan oyunçuların əksəriyyəti Belarus çempionatında çıxış edirlər. Bizdə isə çempionat hələ başlamayıb və oyunçuların çoxu formada deyillər. Azərbaycanda isə əksinə, çempionat davam edir və oyunçular yaxşı formadadırlar”.

Buna da bax: Qurban Qurbanovu karyerasında 'daha ağır bir mərhələ' gözləyir

Yaxın günlərdə Azərbaycan yığması daha iki yoldaşlıq oyunu keçirəcək. Martın 27-də Türkiyənin Antalya şəhərində Makedoniya, martın 30-da isə Moldova yığması ilə üz-üzə gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG