Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:46

'Formula-1' hazırlıqlarına görə bəzi küçələr bağlanır


Formula-1

Bakıda üçüncü dəfə keçiriləcək «Formula-1 Azərbaycan Qran-Prisi»nin hazırlıqları davam edir. Bu gün, martın 23-də yarışın keçiriləcəyi trekin bəzi hissələrinin asfalt örtüyündə təmir-bərpa işlərinə başlanıb.

Bu haqda «Formula-1 Avropa Qran-Prisi»nin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatında bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, təmir-bərpa işləri martın 23-dən 26-na kimi davam edəcək.

Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddətdə başa çatdırılmasından ötrü bəzi hissələrdə nəqliyyatın hərəkətinin tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacağı bildirilir.

Verilən məlumata görə, Puşkin küçəsinin Xəqani küçəsi ilə kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsinədək olan hissə nəqliyyatın hərəkətinə bağlı olmalıdır. Həmçinin, həmin tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır.

«Formula-1 Azərbaycan Qran Prisi – 2018» aprelin 27-dən 29-na kimi Bakıda keçiriləcək.

Xatırlatma

Azərbaycan 2016-cı ildən «Formula-1» Qran-pri yarışlarını təşkil edir.

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.

Rəsmilər «Formula-1» Qran-pri yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG