Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:54

Üsyançıların Şərqi Qutadan evakuasiya planı razılaşdırılıb


Martın 20-də azı 40 nəfərin ölümünə səbəb olmuş raket zərbəsindən sonra
Martın 20-də azı 40 nəfərin ölümünə səbəb olmuş raket zərbəsindən sonra

Şərqi Qutanın bir şəhərindəki suriyalı üsyançı qrupun ölkənin şimal-qərbinə köçürülməsinə dair Rusiyanın vasitəçiliyi ilə razılaşma əldə olunub. “Reuters” agentliyi bunu martın 21-də müxalifətdə iki mənbəyə istinadla yazıb. Bu, paytaxt yaxınlığında üsyançıların əlində olan anklavla bağlı ilk belə razılaşmadır.

Mühasirədə olan Harasta şəhərinə nəzarət edən Ahrar al Sham üsyançı qruplaşmasının üzvləri yaraqlıların əlində olan digər ərazilərə salamat keçmək əvəzində silahlarını yerə qoymağa razılaşıblar. Qalmaq istəyənlətə isə əfv vəd olunub. Mənbələr belə deyir.

ASSAD STRATEGİYASI

Ancaq razılaşmanın nə vaxt gerçəkləşəcəyi bəlli deyil. Danışıqlara yaxın bir mənbə deyib ki, əngəllər ucbatından proses bir neçə gün çəkə bilər.

*** Buna da bax: Qutadan çıxarılanlar var

Suriya ordusu və müttəfiqləri Şərqi Qutada üsyançıların nəzarət etdiyi ərazinin 70 faizini yenidən ələ keçiriblər. Ərazi bir neçə həftədir bombardman edilir, minlərlə sakin evini tərk edib qaçmalı olur.

Rusiyanın dəstəklədiyi amansız Suriya ordusunun endirdiyi hava zərbələrində yüzlərlə adam həlak olub. Xilasedicilər minlərlə sakinin zirzəmilərə sığındığını bildirir.

Mühasirə və bombardman Suriya ordusunun üsyançıları təslimə məcbur etməyi hədəfləyən strategiyasıdır. Prezident Bashar al-Assad məhz bu strategiya hesabına Hələb, Homs və digər ərazilərə nəzarəti ələ alıb.

Sövdələşmə yekunlaşıb və çərşənbə günü atəşkəs elan olunan kimi qüvvəyə minə bilər”, – danışıqlarla tanış bir rəsmi deyib.

Onun sözlərinə görə, ilk öncə yaralı sakinlər köçürülə bilər. Şəhərdə qalanların “dilə gətirilməsi çətin əziyyətlərlə üzləşdiyi” bildirib.

Müxalifətin Harasta şurasından bir rəsmi isə xəbər agentliklərinə deyib ki, razılaşma əldə edilib, amma nə vaxt icra olunacağı bəlli deyil.

RAKET ZƏRBƏSİNDƏ AZI 40 NƏFƏR HƏLAK OLUB

Assad paytaxt Dəməşq yaxınlığındakı “terrorçu təhlükəsi”nə son qoyacağını vəd edib.

Dünən – martın 20-də üsyançıların nəzarətindəki anklavdan yaşayış məntəqəsinə atılan raket azı 40 nəfəri öldürüb. Bunu hökumətin səhiyyə işçiləri bildirib.

*** Buna da bax: Dinc sakinlər Qutadan çıxmırlar

Suriya hakimiyyəti üsyançıları raketləri intiqam məqsədiylə atmaqda suçlasa da, üsyançılar bunu danır.

Son iki gündə Şərqi Qutaya hava zərbələrində 100-dən çox dinc sakin öldürülüb. Reydlərin çoxu Duma şəhəri üzərində gerçəkləşdirilib. Burada 150 mindən çox adamın yaşadığı bildirilir.

“Reuters” yazır ki, Harasta sazişi digər iki üsyançı qrupun – cənubdakı Failaq al-Rahman və şimal anklavındakı Jaish al-Islam-ın da anlaşma əldə etməsi üçün onlara təzyiqi artıracaq.

Ancaq bu qruplaşmalar Rusiyanın anklavı tərk etmək təklifini indiyədək rədd ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG