Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:55

Birinci vitse-prezident səfir xanımları ilə görüşüb


Mehriban Əliyeva (arxiv fotosu)

Bu gün, martın 20-də Novruz bayramı münasibəti ilə birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

AzərTAC-ın xəbərinə görə, görüşdə Mehriban Əliyeva deyib ki, Novruz Azərbaycanda ən qədim və sevimli bayramlardan biridir:

“Bu il bizim üçün çox əlamətdar bir ildir. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın əsasını qoyub. Əfsuslar olsun ki, o, cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bir sıra böyük əhəmiyyət kəsb edən qərarlar, o cümlədən qadınlara səs vermək hüququnun verilməsi ilə bağlı qərar qəbul etdi”.

Buna da bax: Mehman Əliyev: 'Mehriban Əliyevanın başqa işi olmayıb'

Mehriban Əliyeva vurğulayıb ki, hazırda bütün dünyada çox sayda münaqişə, müharibə, yüz minlərlə günahsız insanın öldürülməsi baş verir. Onun fikrincə, belə bir dövrdə əmin-amanlığı təmin etməyin yolu dialoq və qarşılıqlı hörmətdən keçir:

“Mən Novruz bayramı münasibətilə bir daha təbriklərimi çatdırıram. Bir daha sizin hər birinizə və ailələrinizə xoşbəxtlik arzulayıram”.

Xəbərdə bildirilir ki, görüşdə Fələstin dövləti səfirinin xanımı Rohayu Binti Kuter Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarının adından danışıb.

Buna da bax: Ərəstun Oruclu: 'Mehriban Əliyevadan çəkinirlərsə… əsasları var'

Şamaxı Astrofizika Rəsədxanasından bildirildiyinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-də saat 20:15-də daxil olur. Baharın gəlişi Novruz şənlikləri ilə qeyd edilir.

Multimedia

XS
SM
MD
LG