Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 17:54

Səudiyyə şahzadəsi Ağ evdə görüşlər keçirəcək


Muhammad bin Salman, arxiv fotosu

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammad bin Salman martın 20-də Ağ evdə görüşlər keçirəcək. Rəsmilərin deməsinə görə, o, İranla nüvə sazişindəki iddia olunan “qüsurlar”ı, İranın Yaxın Şərqdəki münaqişələrinin önlənməsini müzakirə edəcək.

Nüvə sazişiylə bağlı mövqeyimiz belədir ki, bu, qüsurlu razılaşmadır”, – Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir martın 19-da Vaşinqtonda jurnalistlərə deyib.

Daha öncə ABŞ prezidenti Donald Trump da nüvə sazişiylə bağlı oxşar fikirlər işlətmiş, sənəddən çıxmaqla hədələmişdi.

Trump ötən il prezident postuna keçəndən sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Ər-Riyad və Vaşinqton əlaqələri möhkəmləndirir, qarşılıqlı maraq doğuran məsələlərdə birlikdə işləməyə çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG