Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 11:30

Rusiya BMT-də Suriyayla bağlı toplantını əngəlləyir


Şərqi Quta. 19 mart, 2018-ci il

Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyada insan haqlarının durumuna dair toplantını əngəlləyib. Bu, BMT-nin digər üzvlərinin qəzəbli reaksiyasına səbəb olub.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennady Kuzmin deyib ki, belə bir toplantıya heç bir əsas görmürlər, çünki insan haqları təhlükəsizlik şurasının mandatına daxil deyil.

Rusiya martın 19-da şurada toplantını əngəlləmək üçün veto hüququndan istifadə edib.

Bu arada insan haqları qrupları müttəfiq qüvvələrin Suriyanı bombalaması nəticəsində yüzlərlə dinc sakinin öldürüldüyünü bildirir. Martın 19-da Şərqi Qutada 15 uşaq və iki qadının öldürüldüyü bildirilir.

BMT-nin insan haqları üzrə rəsmisi Zeid Ra’ad al-Hussein Rusiyanın toplantını bloklamasını kəskin pisləyib.

Britaniyanın BMT-dəki səfirinin müavini Jonathan Allen deyib ki, Rusiya “baş verən insan haqları pozuntularıyla bağlı həqiqətin” üzə çıxmasını istəmir.

Rusiyanın vetosundan sonra şuranın səkkiz üzvü qeyri-rəsmi toplantı keçiriblər.

XS
SM
MD
LG