Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:44

Hərbi hissələrdə 'Açıq qapı' günüdür


Müdafiə Nazirliyi

Bu gün, martın 20-də Azərbaycandakı bütün hərbi hissələrdə Novruz bayramı münasibətilə «Açıq qapı» günü keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda yazılır.

Məlumata görə, «Açıq qapı» günü saat 11:00-dan başlayır.

«Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq», - məlumatda vurğulanır.

Nazirlik bildirir ki, hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək «Açıq qapı» günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq.

Konsert proqramları və başqa mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Şamaxı Astrofizika Rəsədxanasından bildirildiyinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-də saat 20:15-də daxil olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG