Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 09:48

ATƏT-in seçki müşahidəçiləri Naxçıvanda


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov ATƏT müşahidəçiləri Filipo Ristoldo və Risto Hurme ilə görüşüb

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gəlmiş missiyasının nümayəndələri ilə görüşüb.

Naxcivantv.az saytı xəbər verir ki, onlar Muxtar Respublikada fəaliyyət göstərəcək müşahidəçilər Filipo RistoldoRisto Hurme olublar.

Müşahidəçilər seçki kampaniyasını və səsvermə prosesini yaxından izləyəcəklərini bildirib, fəaliyyət istiqamətləri barədə məlumat veriblər.

Ali Məclisin sədri muxtar respublikada seçki prosesinə hazırlıq işlərini diqqətə çatdırıb, beynəlxalq müşahidəçilərin fəaliyyətinə hərtərəfli şəraitin yaradıldığını qeyd edib. Seçki müşahidələrinin qanunvericiliyin tələblərinə uyğun aparılacağına əminliyini bildirən V. Talıbov qonaqlara fəaliyyətlərində uğurlar arzulayıb.

Buna da bax: Bakı ATƏT-i seçkilərə dəvət edib

Azərbaycanda keçirilmiş son seçkiləri (2015-ci ildə keçirilən parlament seçkilərini) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG