Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:50

Astarada it 52 kq heroin aşkarladı


Narkotik

Azərbaycan gömrükçülərinin Avropaya daşınması nəzərdə tutulduğu deyilən 52 kiloqramdan çox heroini saxladıqları bildirilir.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, heroin Astara Gömrük İdarəsinin idxal nəzarət xəttində saxlanıb.

Rəsmi açıqlamaya görə, heroin İran vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı-nın idarə etdiyi «Renault» markalı, 37B527/8-10 nömrəli yük nəqliyyat vasitəsində aşkar olunub.

DGK həmin nəqliyyat vasitəsinin İran - Niderland Krallığı marşrutu ilə hərəkət edəcəyini bildirir.

«Baxış zamanı xidməti it yük maşınının qoşqusunun təkərlərinə reaksiya verib. Bu səbəbdən iki nəfər hal şahidinin iştirakı ilə qoşqunun təkərləri olan hissəsi təkrar yoxlanıb. Xüsusi alət və avadanlıqlardan istifadə edilərək qoşqunun təkərləri açılıb. Nəticədə, təkərlərin arasında olan - xüsusi düzəldilmiş oxların içərisində, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən, üç ədəd oxun hər birində bir bağlama aşkar edilib», - məlumatda vurğulanır

DGK bildirir ki, həmin bağlamalar açılarkən isə hər birinin içərisində 34 ədəd olmaqla, cəmi 102 falqalı kağız və şəffaf yapışqanlı lentlə sarınmış yastı-dairəvi formalı paketlər aşkar edilib.

«Daha sonra həmin paketlərin içərisində açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu müəyyən edilib. Cəmi 102 ədəd paketdə aşkar olunan heroinin qablaşdırma ilə birgə ümumi çəkisi 52 kiloqram 390 qram təşkil edib», - Dövlət Gömrük Komitəsinin məlumatında yazılır.

Bu açıqlamaya hələlik İran vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı-nın və ya vəkilinin münasibətini almaq mümkün olmayıb. Onların ittihama münasibəti açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG