Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 12:48

Ukraynada rusiyalılar səs verə bilməyiblər


Ukraynada Putin-ə qarşı etiraz aksiyası

Ukraynadakı rusiyalı seçicilər dünən – martın 18-də Rusiya prezident seçkisində səs verməyə buraxılmayıb. Belə ki, hakimiyyət diplomatik binalar qarşısında təhlükəsizliyi gücləndirib, millətçilər isə Moskvaya qarşı etirazlar təşkil edib.

Seçkiyə iki gün qalmış hakimiyyət bildirmişdi ki, yalnız ölkədəki rusiyalı diplomatların Rusiya diplomatik missiyalarında səs verməsinə şərait yaradılacaq.

Bu, Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsinə cavab addımı kimi atılıb. Martın 18-də Krımda da ilhaqdan sonra ilk dəfə olaraq prezident seçkisi keçirilib.

Dünən Ukrayna polisi kiyevdəki Rusiya səfirliyi, Odessa, Kiyev və Xarkovdakı konsulluqları mühafizə edib. Burada millətçi qruplar diplomatik xidmət binalarında seçkinin təşkilinə etiraz edib.

Kiyevdə millətçi qrup üzvləri səfirlik yaxınlığındakı küçəyə toplaşıb. Onlar daha öncə demişdilər ki, rusiyalıların Ukrayna ərazisində səs verməsini əngəlləyəcəklər.

Xarkovda isə rusiyalılar səs verməkdən ötrü konsulluğa gəlsələr də, buna imkan verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG