Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 12:10

Aİ Bakı limanına milyonluq dəstək verir


Ro-Ro terminalının açılışı

Avropa İttifaqı (Aİ) Ələtdə yerləşən yeni Bakı Limanında əməliyyat imkanlarının genişləndirilməsinə 1 milyon avro dəyərində dəstək verəcək.

Bu haqda martın 16-da «Ələtdə yerləşən yeni Bakı Limanı əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi» layihəsinin təqdimat mərasimində məlumat verilib.

Tədbirdə Aİ rəsmiləri, Bakı limanının təmsilçiləri iştirak ediblər.

«Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı» Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov layihənin iki il ərzində həyata keçiriləcəyini bildirib. Onun deməsinə görə, Avropa İttifaqı layihə çərçivəsində Bakı limanının inkişafına ciddi dəstək verəcək.

«Layihə limanın əməliyyatlarının daha da təkmilləşdirilməsinə imkan verəcək. Bu layihə Bakı limanının regionda öncül bir liman statusuna çatdırılması üçün yardım mexanizmi rolunu oynayacaq», - o qeyd edib.

Avropa İttifaqının Azərbaycan ofisinin rəhbəri Kestutis Yankauskas isə bunun Bakı Limanı ilə bağlı ilk layihə olmadığını ifadə edib. Onun bildirməsinə görə, bundan əvvəl bu istiqamətdə 2.6 milyonluq dəstək göstərilib.

Xatırlatma

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi layihəsinin yerinə yetirilməsinə prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla başlanıb. 2010-cu ildə prezidentin iştirakı ilə kompleksin təməli qoyulub. 4 il sonra da birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib. Bu il yanvarın 8-də isə kompleksində Ro-Ro terminalının açılışı olub. Ro-Ro gəmi tipidir. Bu tip gəmilərdən təkərli nəqliyyat vasitələrinin daşınmasında istifadə olunur. Bura TIR, avtomobil, traktor, tank və sair kimi nəqliyyat növləri daxildir.

Layihənin ümumi xərci və indiyə qədər görülən işlərə nə qədər vəsait sərf olunduğu açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG