Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 06:40

Muzdla işləyənlərin azaldığı, ÜDM-in artdığı deyilir


Dövlət Statistika Komitəsi

2018-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul (ÜDM) istehsalının artdığı bildirilir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ÜDM əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artıb. ÜDM-nin iki ayda 11541,5 milyon manat təşkil etdiyi bildirilir. Əhalinin hər nəfərinə düşən ÜDM 1178,7 manat olub.

ÜDM istehsalının 48,3 faizi sənayenin, 9,6 faizi ticarətin, 6,2 faizi tikintinin, 2,7 faizi kənd və meşə təsərrüfatı, balıqçılığın payına düşür.

DSK bildirir ki, 2017-ci ilin ilk iki ayı ilə müqayisədə qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3 faiz çoxalıb. Neft sektorunda isə eyni səviyyənin qaldığı bildirilir.

Rəsmi məlumata görə, bu ilin əvvəlində Azərbaycanda muzdla işləyənlərin sayı azalıb.

Fevralın 1-nə olan göstəricilərə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 508,4 min nəfər olub. Onlardan 881 min nəfərini dövlət, 627,4 min nəfərin isə özəl sektorda fəaliyyət göstərdiyi qeyd olunur.

Yanvarın 1-də muzdla çalışan işçilərin sayının 1 milyon 521,2 min nəfər olduğu bildirilmişdi. Onlardan 881,1 min nəfərin dövlət, 640,1 min nəfərin isə özəl sektorda fəaliyyət göstərdiyi açıqlanmışdı.

DSK bildirir ki, yanvarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin uyğun dövrünə nisbətən 3 faiz artıb, 519,8 manata çatıb.

Bəzi müstəqil ekspertlər DSK məlumatlarına bir qədər şübhə ilə yanaşırlar. Onlar xüsusilə ÜDM-nin artması ilə bağlı rəsmi açıqlamaya inanmırlar.

Multimedia

XS
SM
MD
LG