Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:16

Ölkə parlamenti 2018-ci ilin dövlət büdcəsinə yenidən baxa bilər.

Bu haqda Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

AZƏRTAC xəbər verir ki, komitə sədri dövlət büdcəsinə yenidən baxılmasının birinci rübün nəticələrindən asılı olduğunu ifadə edib.

Z.Səmədzadənin fikrincə, büdcəyə yenidən mayda baxıla bilər.

Xatırlatma

2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərclər 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiqlənib.

2018-ci il üzrə dövlət büdcəsinin kəsiri 920 mln. manat (ÜDM-in 1.3 faizi) səviyyəsində proqnozlaşdırılır.

Bu il Dövlət Neft Fondundan transfert 9 mlrd. 216 mln. manat (bütün gəlirlərin 45.8 faizi) təşkil edəcək.

Ötən ilin yazında da büdcəyə yenidən baxılmışdı. Onda büdcə artırılmışdı.

2018-ci ilin büdcəsində neftin bir barrelı 45 dollara götürülüb. Hazırda Azərbaycan nefti 70 dollara yaxın satılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG