Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 23:13

Aclıq edən tələbələrdən ikisinin vəziyyəti pisləşib


Keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) artıq dörd gündür aclıq edən tələbələrindən ikisinin vəziyyəti ağırlaşıb. Vüqar Süleymanov və Hacı Ələsgərovun təzyiqi aşağı düşüb. Həkimlər hər iki tələbədən aclığın dayandırılmasında təkid etsələr də, onlar bununla razılaşmayıblar.


Hazırda MAU-nun iyirmi nəfərə yaxın ikinci kurs tələbəsi təhsil hüquqlarının bərpası məqsədilə Müsavat Partiyasında aclıq keçirirlər.



XS
SM
MD
LG