Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

ABŞ Ağcabədidə su layihəsinə dəstək verib


USAID logo

Bu gün, martın 14-də Ağcabədi rayonunun Köyük kənd sakinləri su təminatı layihəsinin başa çatmasını qeyd edib. Bu, ABŞ və Azərbaycan hökumətlərinin birgə layihəsi sayəsində baş tutub.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Səfirlik vurğulayır ki, kəndin 900-dən çox sakini uzun müddətdir evlərində su problemi ilə üzləşib.

“Gündəlik ehtiyaclarını ödəmək üçün qadınlar və uşaqlar suyu uzaqda yerləşən artezianlardan gətirməli olurdu. Yeni sistemin qurulması ilə indi onlar suyu evlərinə yaxın yerləşən krandan əldə edə biləcəklər”, – səfirlik bildirir.

Layihəni ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi USAID və Azərbaycan hökuməti birgə maliyyələşib. Bu, USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı proqramı çərçivəsində icra olunub.

Buna da bax: Yeni hesabata görə Azərbaycan Cənubi Qafqazda ‘ən xoşbəxt ölkədir’

USAID-in tərəfdaşı olan Şərq-Qərb İdarəetmə İnstitutunun (EWMI) texniki köməyi ilə Köyük icma üzvləri yeni 25 tonluq su çəni, su nasosu və 2750 metr uzunluğunda yeni su boruları quraşdırıblar. Habelə kənddə ümumi istifadə ediləcək 1 kran və 201 ailənin su təminatını yaxşılaşdıracaq 17 paylama nöqtələri istifadəyə verilib.

ABŞ və Azərbaycan 102 müxtəlif icmada 117 layihə həyata keçirib.

Bu layihələrdən 190 minə yaxın insanın faydalandığı qeyd edilir.

Xatırlatma

Amma bu yaxınlarda Azərbaycanda səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman fəaliyyətlərinə yaranan çətinliklərdən danışmışdı.

«Bu məsələlər bizim tərəfdaşlarımızın qeydiyyatı və vergilərin ödənilməsinə dair olan məsələlər idi. Əfsuslar olsun ki, bu məsələlərdə bizə yardım olunmadı»,- ABŞ rəsmisi vurğulamışdı.

Brok Birman demişdi ki, əvvəllər maneələrin aradan qaldırılmasına dair onlara zəmanətlər verilmişdi. Amma sonradan çətinliklər aradan qaldırılmayıb.

XS
SM
MD
LG