Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 08:24

Respublikaçı Alternativ (REAL) Hərəkatının fəallarından Samir Aşurovun saxlanıldığı bildirilir. Ona inzibati qaydada həbs cəzası verildiyi deyilir

Bu haqda AzadlıqRadiosuna S.Aşurovun vəkili Nemət Kərimli məlumat verib. Vəkilin məlumatıma görə, S.Aşurovu məhkəmə qarşısına dünən, martın 13-də çıxarıblar. Onun barəsində qərarı Səbail Rayon Məhkəməsinin hakimi Aytən Əliyevanın verdiyi bildirilir.

N.Kərimli hələlik məhkəmə qərarını əldə edə bilməyib. Deməsinə görə, bu üzdən qərarın detalları, S.Aşurovun hansı müddətə cəzalandırılması və nədə ittiham edilməsini bilmir. Vəkil sabah S.Aşurovla görüşəcəyini, qərardan şikayət verilməsi məsələsini müzakirə edəcəyini bildirib.

S.Aşurovun saxlanılması barədə xəbərləri REAL Hərəkatının fəalları iki gün əvvəl, martın 12-də yaymışdı. Hərəkat üzvləri bildirmişdilər ki, ondan xəbər ala bilmirlər. S.Aşurovun hökuməti tənqid edən kampaniyalarda fəallıq etdiyi bildirilirdi.

Bu deyilənləri hələlik Səbail Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG