Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:25

Sakinlərin kompensasiyadan narazı qaldığı deyilir


Bayılda sürüşmə zonasından son görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Bayılda sürüşmə zonasından son görüntülər

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Bayıl yamacındakı sürüşmə sahəsində yaşamış sakinlərlə görüşdüyü bildirilir.

APA-nın xəbərinə görə, E.Əzizov görüşdən sonra deyib ki, ərazidən çıxarılan ailələrin tərkibindən asılı olaraq onlara kirayə haqları verilir.

Başçı bildirib ki, təhlükəli ərazilərdən köçürülən ailələrə kompensasiya verilməsi nəzərdə tutulur.

E.Əzizov həmçinin vurğulayıb ki, kompensasiya verilməsinə Maliyyə Nazirlıyi baxır: «Ərazidəki 98 evdən yalnız birinin sənədi var, sürüşmə sahəsindəki evlər qanunsuz tikilib. Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət etmişik, onlar iş aparır. Çalışacağıq ki, məsələ öz həllini tapsın».

İcra başçısı evləri qəzalı vəziyyətə düşən sakinlərə veriləcək kompensasiyanın məbləğini açıqlamayıb. Amma xəbərə görə, sakinlər kompensasiyanın məbləğindən narazıdırlar və bu məsələnin həftənin sonuna kimi həll ediləcəyi gözlənilir

Bayıldakı «Teleqüllə» sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmə sahəsində böyük və dərin çatlar yaranıb.

Bu ilin yanvarında 100-ə yaxın ailə ərazidən çıxarılıb, onlar ilkin dövrdə rayondakı məktəblərə yerləşdirilib. Sonradan onlardan 67 ailəyə kirayə pulları verildiyi açıqlanıb. Kirayə pulunun 200 manatdan çox olduğu deyilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilmişdi ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sonradan yekun rəyin araşdırmalar bitdikdən sonra açıqlanacağı bildirildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG