Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:27

OPEC-in baş katibi Bakıya gəlir


Məhəmməd Barkindo

Neft ixrac edən ölkələr birliyinin (OPEC) baş katibi Məhəmməd Barkindo martın 17-dən 19-na kimi Bakıda olmalıdır.

Bu barədə Energetika Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, səfər zamanı Barkindonu nazir Pərviz Şahbazov qəbul edəcək. Danışıqların mövzusu əməkdaşlığın hazırki vəziyyəti, habelə OPEC və tərəfdaş ölkələr arasında neft hasilatının azaldılması haqqında saziş fonunda əlaqələrin möhkəmləndirilməsi olacaq.

Azərbaycan Vyana razılaşmasına əməl edir

Energetika Nazirliyi neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq, Azərbaycanın fevral ayı ərzində neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Energetika Nazirliyindən bildirilib ki, həmin məlumatlara əsasən, cari ilin fevral ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 806 min barrel olub. Bunun 751 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib.

«Neft hasilatının azaldılması üzrə sazişə uyğun olaraq, Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib», - məlumatda vurğulanır.

Azərbaycan üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma nəticəsində 2017-ci il ərzində ölkədə orta gündəlik neft hasilatı 781.9 min barrel təşkil edib.

Xatırlatma

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Saziş 2018-ci ilin sonuna kimi uzadılıb. Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər yüksəlib.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var.

Multimedia

XS
SM
MD
LG