Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:37

Vyanada İran səfirinin evi qarşısında bıçaqlı kişi güllələnib


Hadisə yeri

Avstriya paytaxtı Vyanada İran səfirinin iqamətgahı qarşısında polis bir kişinin öldürüldüyünü bildirir. O, mühafizəçiyə bıçaqla hücum edibmiş.

Polisin sözçüsü Harald Soeros martın 12-də “Frans Pres” agentliyinə deyib ki, hücum edənin 26 yaşı olub, elə hadisə yerindəcə mühafizəçi tərəfindən güllələnib.

Mühafizəçi bina qarşısında növbədəykən ona hücum olunub. O, qolundan yaralanıb.

Hücumun motivi bəlli deyil.

Sözçünün deməsinə görə, mühafizəçi hücum edənə atəş açmazdan öncə gözyaşardıcı qazdan istifadə edib.

Müdafiə Nazirliyinin sözçüsü deyib ki, ilkin əlamətlər mühafizəçinin “qaydalara uyğun” davrandığını göstərir.

Rəsmilər hücum edənin Vyanada yaşadığını, amma əslən Avstriyanın Tirol regionundan olduğunu bildiriblər.

Şəhərdəki diplomatik missiyaların hamısında təhlükəsizlik gücləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG