Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:24

Gürcüstanla hərbi əməkdaşlıq planı imzalanıb


Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycanla Gürcüstanın müdafiə nazirlikləri arasında 2018-ci il üzrə ikitərəfli əməkdaşlıq planı imzalanıb. Sənədi bu gün, martın 9-da Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri Zakir Həsənovla Levan İzoria imzalayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüş onlarda keçirilib.

Z.Həsənov iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu, bunun təkcə ölkələrin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli, NATO-nun keçirdiyi proqramlar çərçivəsində və Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını deyən nazir bildirib ki, əlaqələrin daha da genişləndirilməsi vacibdir.

Görüşdə müdafiə nazirlərinin rəhbərlik etdikləri qurumlar arasında verifikasiya (İnformasiyanı təhlil etməklə onun həqiqiliyinin, etibarlılığının yoxlanması) və silahlara nəzarət sahəsində əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdiyi bildirilir. Tərəflər hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Gürcüstanın müdafiə naziri martın 9-da Azərbaycana gəlib. Onu martın 9-da səhər saatlarında prezident İlham Əliyev də qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG