Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 00:21

Rusiyalı aparıcı “satqınlar”a xəbərdarlıq edir


Rusiyalı aparıcı Kirill Kleimenov

Britaniyada keçmiş rusiyalı hərbi kəşfiyyat zabitinin zəhərlənməsiylə bağlı xəbər artıq Rusiyada dövlət televiziyasına da çatıb.

Sergei Skripal-ın və qızının qəfildən xəstəxanaya yerləşdirilməsindən keçən günlər ərzində bu xəbər Britaniya mediasının baş mövzusuna çevrilib.

AzadlıqRadiosu-nun əməkdaşı Mike Eckel yazır ki, Rusiyada məsələyə onlayn xəbər saytları və qəzetlər, eləcə də tanınmış Ekho Moskvy radiostansiyası toxunub. Rusiyalıların əsas xəbər mənbəyi olan televiziya kanallarında isə mövzudan çox az danışılıb.

TÖVSİYƏ

Amma martın 7-də axşam Birinci Kanalın əsas gündəm proqramı olan “Vremya Novostei”də hadisədən danışılıb, üstəlik, şərh də olunub.

Skripal vətən xainidir. Heç kəsə ölüm arzulamıram, ancaq maarifləndirmə məqsədiylə, belə bir karyera arzusunda olanlara xəbərdarlığım var: xəyanətkar olmaq dünyada ən təhlükəli peşələrdəndir”, – aparıcı Kirill Kleimenov deyib.

Bu arada Rusiyanın Xarici İşlər Nazirliyi və digər rəsmi mənbələr Moskvanın məsələdə əli olmasını təkzib edən bəyanatlar verirlər.

*** Buna da bax: 'Keçmiş casus işi': 21 nəfər müalicə alıb

Britaniya rəsmiləri Skripal və qızı Yulia-nın əsəb-sinir sisteminə təsir edən kimyəvi agentlə zəhərləndiyini bildirir. Bu zəhərli maddənin hazırlanmasına təkmil təcrübə, laboratoriya avadanlığı lazımdır. Ata-bala xəstəxanada kritik durumdadır, 21-dək polis əməkdaşının da müalicə aldığı bildirilir.

Britaniyanın xarici işlər naziri Boris Johnson, kənar ekspertlərin fikrincə, bu faktlar məsələdə hansısa dövlət təhlükəsizlik aparatının əli olduğunu göstərir.

Sergei Skripal Rusiyada dövlət sirlərini Britaniyaya ötürməkdə ittiham edilib və 2006-cı ildə 13 il müddətinə azadlıqdan məhrum olunub. Pensiyaya çıxmış kəşfiyyat polkovniki Skripal 2010-cu ildə ABŞ-ın 10 casusu ilə dəyiş-düyüşdə azad edilmiş 4 məhbusdan biridir.

DİQQƏTÇƏKƏN ŞƏRHLƏR

Müəllif sözügedən şərhin Rusiya dövlət televiziyası üçün xarakterik olduğunu yazır.

2006-cı ildə keçmiş FTX zabiti Aleksandr Litvinenkonun ölümünə görə Britaniya müstəntiqləri Rusiya Dövlət Dumasının deputatı, keçmiş casus Andrey Luqovoyu ittiham edirlər. Onların fikrincə Litvinenko otelə Luqovoy və Kovtun tərəfindən gətirilmiş polonium maddəsi ilə zəhərlənib. Hadisə baş verəndə isə Rusiya TV kanalları bu ölümdən daha çox Britaniyanın ona reaksiyasını işıqlandırırdı.

Birinci Kanalda yayımlanan “Odnako” verilişində ardıcıl olaraq konspirologiya nəzəriyyələri irəli sürülür. Hazırda Rosneft-in sözçüsü olan Mikhail Leontyev vatxtilə bu proqramda belə bir fərziyyə irəli sürmüşdü ki, 2014-cü ildə Ukrayna üzərində Malayziyanın sərnişin təyyarəsinin vurulmasına görə Ukrayna qırıcısı məsuliyyət daşıyır.

2008-ci ildə Rossiya TV-də axşam xəbər proqramında iddia olunurdu ki, Serbiyanın baş naziri Zoran Djindjic 2003- cü ildə məhz qərbpərəst siyasətinə görə “layiq olduğu güllə” ilə vurulub. O zaman Serbiya səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi etiraz vermişdi.

Kleimenov isə Skripal-la bağlı şərhində belə bir fikir irəli sürüb ki, Britaniyada həyat təhlükəlidir. “Orda nəsə düz getmir. Ola bilsin, iqlimlə bağlıdır, amma son illər ağır nəticələri olan xeyli qəribə insident baş verib”, – o deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG