Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:35

Trump polad və alüminium idxalına rüsum qoydu


Donald Trump, arxiv fotosu

ABŞ prezidenti Donald Trump polad və alüminium məhsullarının idxalına yeni rüsumlar tətbiq edib, amma indilik Kanada və Meksikanı rüsumdan azad edib. O, alternativ yolların digər müttəfiqlər müzakirəsini də mümkün sayır.

Martın 8-də Ağ evdə danışan Trump daha öncə dediklərini təsdiqləyib, bildirib ki, Birləşmiş Ştatlar polad məhsullarına 25 faiz, alüminiuma 10 faizlik rüsum qoyacaq. O, ABŞ-ın “milli təhlükəsizlik” ehtiyaclarını əsas gətirib.

Trump bildirib ki, tarifləri “ölkəmizə hücum olan” “aqressiv” xarici ticarətə görə qoyur.

Tariflər 15 günə qüvvəyə minəcək və qeyri-müəyyən müddətə qüvvədə qalacaq.

Trump-ın Respublikaçı Partiyası və ABŞ-ın müttəfiqləri tarifləri narahatlıqla qarşılayıb. Tənqidçilər bu addımın özəlliklə Avropa və Çinlə ticarət müharibəsinə apara biləcəyini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG