Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 07:39

#MeToo qadınların həyatında nəyi dəyişəcək


Los-Ancelesdə "MeToo" etiraz yürüşü

Qadınlara qarşı cinsi qısnamanın dayandırılmasını hədəfləyən qlobal hərəkat dəyişikliyə səbəb olacaq, ancaq heç də hamı üçün deyil. Yoxsul qadınlar hələ də günahlandırılmaqdan, mənfi reaksiyadan çəkinərək özlərinə qarşı qısnama hərəkətlərini dilə gətirmirlər. “Reuters” agentliyi beş qitədə küçə sorğusu keçirib və qadın hüquqları üzrə ekspertləri danışdırıb.

Thomson Reuters Fondu sorğunu 8 mart – Beynəlxalq Qadınlar Günü öncəsi Britaniya, Birləşmiş Ştatlar, Keniya, Hindistan və Braziliyada keçirib. Qadınların özlərinə qarşı cinsi qısnama hallarını nəql etdikləri #MeToo (Mən də) hərəkatının nəyi dəyişdiyini soruşub.

*** Buna da bax: “Sükutu pozanlar” İlin Adamı oldular

İSTƏYİRSƏN DİREKTOR OL...

Bəziləri deyib ki, sui-istifadə halları barədə daha inamlı danışmağa başlayıblar, digərləri isə reaksiyadan qorxduğunu söyləyib. Bəzilərinin deməsinə görə, kampaniya onların ölkəsində effektli olmayıb.

#MeToo kampaniyası Hollivud prodüseri Harvey Weinstein-ə cinsi qısnama ittihamlarından sonra aparılıb, qadınlar sosial mediada sui-istifadə hallarından danışıblar, küçə etirazlarına çıxıblar.

BMT-nin dəyərləndirməsinə görə, dünyada hər üç qadından biri fiziki, yaxud cinsi zorakılığa məruz qalıb, özü də tanıdıqları biri tərəfindən.

Bu kampaniya adamlara anlatdı ki, cinsi qısnama sosial normaya çevrilib və indi adamlar bunun yaxşı olmadığını dərk edirlər”, – Londonda şirkət sahibi Ruth McCabe deyib.

Belə bir kampaniya bir faktı ortaya qoydu ki, hər iki qadından biri buna məruz qalıb. İstəyirsən şirkət direktoru ol, ya da xidmətçi”, – Mumbaydan 42 yaşlı sahibkar Suman Chhabria Addepalli söyləyib.

Thomson Reuters Fondunun fevralda apardığı sorğu üzə çıxarmışdı ki, 20 aparıcı qlobal xeyriyyə təşkilatından 120-dən çox əməkdaş ötən il seksual davranışda pozuntuya görə işdən çıxarılıb.

“Məncə, bu, qadınlar üçün uzunmüddətli dəyişiklikdə dönüş nöqtəsidir. Səslərimizin eşidilmə vaxtıdır”, – Nyu Yorkda şirkət sahibi Fabiana Mello vurğulayıb.

KİMİN SƏSİ EŞİDİLMİR?

Amma Britaniyada qadın hüquqları təşkilatı olan Fawcett Society-dən Jemima Olchawski-nin deməsinə görə, heç də bütün qadınlar qısnamayla bağlı açıq danışa bilmirlər.

Boşluqları nəzərdən keçirmək bizim üzərimizə düşür – kimin səsi eşidilmir?” – o deyir.

*** Buna da bax: Milyonlarla insan nəyə "me too" deyir?

“Reuters” yazır ki, #MeToo kampaniyası Afrika, Latın Amerikası və Asiyada hələ də populyarlığını saxlamağa çalışır.

Bu hərəkatın nə qədər çəkəcəyini bilmirik... Məncə, xeyli sayda qadın hələ də əziyyət çəkir və danışmağa qorxur”, – Rio de Janeyrodan Silva söyləyib.

Mumbaydan konsultant, 43 yaşlı Archana Aravind Patney isə inanır ki, #MeToo və cinsi qısnama barədə söhbətlər Hindistanda səngiyib. 2012-ci ildə bu ölkədə avtobusda bir qadının qrup tərəfindən zorlanması etirazlar doğurmuş, dünyanın diqqətini qadınlara qarşı zorakılığa yönəltmişdi.

Adamların bu haqda çox danışdığını görmürəm. Ola bilsin, çoxları düşünür ki, bu, tanınmışların qısamüddətli kampaniyasıdır, onlara təsiri yoxdur”, – Patney deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG