Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Kosovo silahlı müqavimətin 20 illiyini qeyd edir


Adem Jashari-nin Prekazda mozaikası

Kosovoda yüzlərlə etnik alban “Alov gecəsi”ni – 20 il öncə Serbiyanın Slobodan Milosevic rejiminə qarşı silahlı müqavimətin başlanmasının ildönümünü qeyd edib.

Martın 7-də axşam əllərində məşəl tutmuş adamlar paytaxt Priştinadan 50 kilometr qərbdə yerləşən Prekaz şəhərinə yığışıblar. Milli qəhrəman Adem Jashari və onun 52 ailə üzvü Serbiya ordusu tərəfindən burada qətlə yetirilib.

Kosovonun 1998-1999-cu illərdə silahlı müqaviməti NATO-nun Serbiyaya 78 gün ərzində hava zərbələri kampaniyası aparmasıyla sonuclanıb, NATO etnik albanlara qarşı qanlı hücumu dayandırmağa çalışıb.

Slobodan Milosevic-in Kosovonun etnik albanlarına qarşı qəddar kampaniyası 10 min nəfərin ölümünə səbəb olub.

Kosovo 2008-ci ildə Serbiyadan ayrıldığını elan edib, onun müstəqilliyini ABŞ daxil olmaqla, 117 ölkə tanıyıb. Serbiya və Rusiya isə tanımayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG