Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 14:30

SOCAR-da çalışanların da maaşları 10 faiz artırılıb


Arxiv fotosu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturlarında çalışan işçilərin aylıq vəzifə maaşlarının 10 faiz artırıldığı bildirilir.

Bu haqda məlumat SOCAR-ın rəsmi “Facebook” səhifəsində yayılıb.

Artımlar martın 1-dən hesablanmalıdır.

SOCAR-ın qadın çalışanlarına isə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 100 manat mükafat veriləcəyi bildirilir.

“Bu bayram 51 minə yaxın SOCAR əməkdaşlarına ikiqat, 8500-ə yaxın qadın əməkdaşımız üçün isə üçqat sevinc gətirəcək”, – məlumatda yazılır.

Buna da bax: Büdcədən SOCAR-a qazlaşdırma üçün 100 milyon ayrıldı

Son illər SOCAR-ın işçilərinin sayının 4 minə yaxın azaldığı deyilir.

2014-cü ilin sonuna bu dövlət şirkətində 54 min 714 nəfər işçinin çalışdığı açıqlanmışdı.

Xatırlatma

Son bir neçə həftə ərzində Azərbaycanda bəzi təqaüd, müavinət və əməkhaqları artırılıb. Bu ölkə başçısının fərman və sərəncamları ilə mümkün olub.

Maaşlar, müavinətlər 10, təqaüdlər isə 10 faizdən 70 faiz arasında artırılıb.

Bəzi ekspertlər, eləcə də müxalif siyasi qüvvə təmsilçiləri ölkə başçısının son sərəncam və fərmanlarının gec verildiyini düşünürlər . Onlar əmək haqlarının artırılmasını təqdir edirlər. Ancaq qeyd edirlər ki, ölkə başçısının növbədənkənar prezident seçkiləri öncəsində belə qərarlar verməsi həm də seçkidə səslərin əldə edilməsinə yönəlib.

Ancaq hakimiyyət tərəfdarları da deyirlər ki, belə addımlar bir qayda olaraq davamlı atılır. Üstəlik, bu fərman və sərəncamlar qanunvericiliklə ziddiyyət təşkil etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG