Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:46

Ukraynada yeni atəşkəs dərhal pozulub


Donetsk yaxınlığındakı Ukrayna hərbçiləri

Ukrayna ordusu ölkənin şərqindəki rusiyapərəst separatçıları yeni atəşkəs razılaşmasını qüvvəyə minən kimi pozmaqda suçlayıb.

Rusiya, Ukrayna və ATƏT təmsilçilərinin əldə etdiyi atəşkəs razılaşması martın 5-də gecəyarısı qüvvəyə minib.

Ancaq ölkənin şərqindəki hərbi əməliyyatlar üzrə Kiyevdə yaradılmış qərargah Luqansk regionundakı separatçıların gecə saat 1-də atəşkəsi pozduğunu bildirib.

Hücumların saatyarım çəkdiyi, separatçıların sübh çağı da hökumət mövqeyini atəşə tutduğu qeyd olunur.

Ukrayna ordusu cavab atəşi açmadığını bildirib.

2014-cü ilin aprelindən Ukraynanın Luqansk və Donetsk regionlarında münaqişədə 10 min 300-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG