Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:56

İqtisdiyyat naziri Türkiyə və Gürcüstanda


Şahin Mustafayev

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Bu barədə bu gün, martın 4-də İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan nümayəndə heyəti martın 4-də Qarsda Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb.

Görüşdə Azərbaycanın Türkiyə ilə bütün sahələrdə, o cümlədən nəqliyyat-tranzit məsələlərində əməkdaşlığının inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, tranzit daşımalarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə hərəkət edən tırların sayı artıb.

Tərəflər vurğulayıblar ki, yaradılan infrastuktur (dəmir yolu, Ələt Dəniz Ticarət Limanı, avtomobil yolları və sairə.) yük daşımalarının daha da artırılmasına geniş imkanlar açır.

“Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə nəqliyyat - tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib”, məlumatda vurğulanır.

Nazirlik bildirir ki, Qarsdan sonra Azərbaycan nümayəndə heyəti müzakirələrin davamı məqsədilə Gürcüstana yola düşüb.

“Səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, nəqliyyat - tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.”, nazirliyin məlumatında yazılır.

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstan səfəri martın 7-nə kimi davam etməlidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG