Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:47

20 dərəcə isti gözlənir


Arxiv fotosu

Martın 4-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Bəzi yerlərdə zəif duman, çiskin olacağı, arabir güclənən cənub-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 9-14, bəzi yerlərdə 18, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da martın 4-də havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, qərb küləyinin əsəcəyi vurğulanır.

Gecə 1-5, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-15 dərəcə isti təxmin edilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdar edir ki, Bakı və Abşeron yarımadasında martın 5-i gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənir.

Azərbaycanın bəzi rayonlarında martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG