Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:30

İsa Qəmbərin Türkiyədə müayinəsi başlayıb


İsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Türkiyədə müayinəsi başlanıb.

Bunu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

G.Aslanlının sözlərinə görə, İ.Qəmbərin səhhətində hər hansı problem yoxdur, həkimlər martın 1-i axşama kimi müayinələrin nəticəsinin məlum olacağını bildiriblər.

Buna da bax: İsa Qəmbər xəstəxanaya aparılıb

İ.Qəmbərin nə zaman Azərbaycana dönəcəyinə gəlincə, G.Aslanlı bu tarixin, hələlik, məlum olmadığını bildirib. O, bunu İ.Qəmbərin bir sıra görüşlərinin olması ilə əlaqələndirib.

Xatırlatma

İ.Qəmbər bu il yanvarın 13-də səhhətində yaranan problemlə bağlı Bakıda Mərkəzi Klinikaya yerləşdirilib, onun ürəyinə stend qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya müraciət edib. Amma Müsavat Partiyasından verilən məlumata görə, bu müraciət səhhətində problemlə bağlı olmayıb, profilaktik xarakter daşıyıb.

Fevralın 28-də isə İ.Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılının müşayiəti ilə Türkiyə yola düşüb.

İ.Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından biridir, 1992-93-cü illərdə parlamentin sədri olub. 1992-ci ildə müvəqqəti prezident səlahiyyətlərini icra edib. İsa Qəmbər 2014-cü ilə kimi Müsavat Partiyasının rəhbəri olub.

XS
SM
MD
LG