Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:56

Torağay palçıq vulkanı püskürdü


Azərbaycanda palçıq vulkanı (arxiv fotosu), 30apr2013

Dünyanın ən nəhəng palçıq vulkanlarından birinin 30 il sonra növbəti dəfə püskürdüyü bildirilir. Söhbət Qaradağ rayonundakı Torağay palçıq vulkanından gedir.

Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məlumatında yazılır.

AMEA bildirir ki, bu gün, martın 1-i səhər saat 04:38 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir.

Buna qədər bu vulkanın 10 dəfə püskürməsinin məlum olduğu bildirilir.

Torağay palçıq vulkanında püskürmə sonuncu dəfə 1988-ci ildə qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG