Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 01:05

2017-ci il ərzində Bakı əhalisinin rəsmi sayı 16 min 770 nəfər artıb.

2018-ci il yanvarın 1-nə Bakıda qeydiyyatda olanların sayı 2 milyon 262 min 560 nəfər təşkil edib.

Bu haqda Bakı Şəhər Statistika İdarəsinin açıqladığı hesabatda yazılır.

Sənədə görə, əhalinin 49.7 faizini kişilər, 50.3 faizini isə qadınlar təşkil edir.

İşsizlərin statistikasına gəlincə, hesabatda yazılır ki, onların sayı bu il fevralın 1-nə 18 min 856 nəfər təşkil edib. İşsizliyə görə müavinət alanların sayı isə 3 min 404 nəfər olub.

Xatırlatma

Azərbaycan əhalisinin ümumi sayının isə 10 milyona yaxın olduğu bildirilir. Rəsmi açıqlamaya görə, əhalinin yalnız 5 faizi işsizdir. Ekspertlər işsizliklə bağlı rəsmi statistikaya şübhə edirlər. Onlar hesab edirlər ki, reallıqda işsizlərin sayı açıqlanan rəqəmdən dəfələrlə çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG