Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 21:01

Exxon Rosneft-lə birgə layihələrdən çıxır


Igor Sechin Orlan ofşor qazma platformasında

Exxon Mobil Corp Rusiyanın Rosneft dövlət şirkətiylə birgə layihələrdən çıxdığını elan edib və ABŞ və Avropanın Rusiyaya sanksiyalarını əsas gətirib.

Fevralın 28-də açıqlanmış bu addım Birləşmiş Ştatların ən böyük neft şirkətinin sanksiyalarla mübarizədə geri çəkildiyini göstərir. ABŞ sanksiyaları Rusiyanın Ukraynaya 2014-cü il təcavüzündən sonra qoyub.

500 MİLYARD DOLLAR QOYACAQDILAR

Exxon-a Birləşmiş Ştatların dövlət katibi Rex Tillerson rəhbərlik edirdi. Şirkət əvvəl iddia edirdi ki, ədalətsiz şəkildə ABŞ şirkətlərini cəzalandırır, xarici rəqiblərinə – Çinin böyük neft şirkətlərinə Rusiyada açıq işləmək imkanı verir. Rusiya dünyanın ən böyük neft hasilatçısıdır.

Exxon 2013-cü ildə Rosneft-lə Rusiyada Arktik Dənizindən Qara Dənizədək bir çox neft yataqlarının işlənməsi üzrə razılaşma əldə edib. Bu, Tillerson-un şirkətə rəhbərlik etdiyi 11 il ərzində ən böyük uğuru sayılırdı.

Rusiya prezidenti Vladimir Putin bu sövdələşməyə şəxsən xeyir-dua vermişdi. İki şirkət birgə layihələrə 500 milyard dollar xərcləməyi planlaşdırırdı.

Exxon fevralın 28-də yaydığı bəyanatda bildirir ki, ən böyük istismar regionundan çıxmaq qərarını ötən ilin sonunda – ABŞ Rusiyaya sanksiyaları genişləndirən zaman verib.

Rex Tillerson-a (sağda) prezident Vladimir Putin mükafat təqdim edir
Rex Tillerson-a (sağda) prezident Vladimir Putin mükafat təqdim edir

Korporasiya layihələrdən çıxmaqdan dolayı ötən ilin dördüncü rübündə 200 milyon dollarlıq itki hesabladığını bildirib.

2 MİLYON DOLLAR CƏRİMƏ

ABŞ Dövlət Departamenti, Xəzinədarlıq Departamenti və Rosneft Exxon-un açıqlamasına, hələlik, münasibət bildirməyib.

ABŞ və Avropanın Rusiya neft şirkətlərinə sanksiyaları mövcud biznes razılaşmalarının davam etdirilməsinə imkan verirdi. Amma Exxon bu sanksiyaların getdikcə onun layihələrini əngəllədiyini bildirir.

Şirkət son açıqlamasının nəhəng Saxaln neft və təbii qaz qazma layihəsinə aid olmadığını bildirib.

Ötən il sanksiyalara Rosneft rəhbəri Igor Sechin də daxil edilib.

Sanksiyalar ABŞ vətəndaşları və şirkətlərinə qara siyahıda olanlarla iş görməyi qadağan edir. Rosneft-in özünə də məhdud sanksiyalar qoyulub, yəni amerikanlara bu şirkətlərə bəzi tranzaksiyalar gerçəkləşdirməyə icazə verilir.

ABŞ hökuməti Exxon-u Rosneftlə razılaşdırdığı birgə layihələrə görə 2 milyon dollar cərimələmişdi. Hökumət bu razılaşmanın 2014-cü ildə sanksiyalar qoyulandan sonra gerçəkləşdiyini, şirkətin sanksiyaları gözardı etdiyini bildirib.

Exxon isə sövdələşmənin sanksiyalardan öncəyə düşdüyünü bildirir, hökumətin qərarından məhkəmələrə şikayət vermişdi.

XS
SM
MD
LG