Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 17:50

NATO-nun təhsil ekspertləri Bakıdadır


NATO

Bakıda Azərbaycan ilə NATO-nun təhsil üzrə ekspertlərinin görüşü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin bu gün, fevralın 28-də yaydığı məlumatına görə, görüş hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən düzənlənir.

Silahlı Qüvvələrinin Hərbi Akademiyasında keçirilən görüş işçi məzmun daşıyır.

Tədbirdə «Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı» çərçivəsində 2017-ci ildə həyata keçirilən fəaliyyətlər təhlil edilib.

Eləcə də cari il üzrə planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır.

Xatırlatma

Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, təhsil, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2005-ci ildə Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) təsdiq edib. Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb. Opponentlərin fikrincə, Azərbaycan hakimiyyəti bir tərəfdən Rusiyanı qıcıqlandırmaq istəmir. Başqa tərəfdən də islahatlardan çəkinir. Hakimiyyət rəsmiləri isə deyirlər ki, onlar balanslaşdırılmış xarici siyasət aparırlar.

XS
SM
MD
LG