Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:05

Vaşinqtondan Çeçenistana silah göndəriblər


Arxiv fotosu

Vaşinqton ərazisində yaşayan iki çeçen Rusiyanın Çeçenistan regionuna odlu silah qaçaqmalçılığında suçlanıb.

Şərqi Virciniya Dairəsi üzrə ABŞ Prokurorluğunun məlumatına görə, 28 yaşlı Tengiz Sydykov və 27 yaşlı Eldar Rezvanov fevralın 27-də həbs olunublar. Onlara odlu silah qaçaqmalçılığı və digər ittihamlar irəli sürülüb.

Rəsmi ittihama görə, Virciniyada yaşayan bu iki şəxs 100-dən artıq odlu silah komponentini alaraq lisenziyasız Çeçenistana göndərməyə çalışıblar. Bu zaman saxta göndəriş inventarından istifadə olunduğu, hissələrin mətbəx avadanlığı kimi ört-basdır edildiyi bildirilir. Poçt əməkdaşları müstəntiqlərə deyiblər ki, onlar, demək olar, hər gün göndəriş ediblər.

Çeçenlər fevralın 27-də ABŞ-da məhkəməyə qarşısına çıxarılıb və martın 1-də keçiriləcək dinləməyə qədər həbsdə saxlanıb. Təqsirli bilinərlərsə, hərəsini 20 ilədək cəza gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG