Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:56

İlham Əliyev: ‘Bu il daha çox pambıq yığımı nəzərdə tutulur’


(İlham Əliyev və Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında, 27fev2018

“Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür”.

Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) iki müəssisəsinin açılışına qatılan prezident İlham Əliyev belə deyib. O, açılışda çıxış edib.

Ölkə başçısı vurğulayıb ki, açılışı olan fabrikin timsalında ölkənin hərtərəfli inkişafı görünür.

“Burada əsas xammal yerli pambıqdır, mahlıcdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. Əgər, biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi”.

Buna da bax: Pambıqçı: '6 ay işləyirsən, sənə 500-600 manat qalırsa, böyük şeydir' [video]

İ.Əliyevin sözlərinə görə, son ilər Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb.

“Bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə əlavə dəyər, iş yerləri yaranacaq. Biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik”, - prezident bildirib.

İ.Əliyev Mingəçevir şəhərinin inkişafından da bəhs edib.

Buna da bax: Yığılan pambıq 200 min tonu keçdi

“İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi ilə tam təminat var, qazlaşma 97 faizdir. İçməli su məsələsi də artıq həll olunub...”

Ölkə başçısı Mingəçevirin son illərdə turizm mərkəzinə çevrilməkdə olduğunu da qeyd edib. O, şəhərin inkişafı ilə bağlı verilən sözlərə əməl olunduğunu xüsusi vurğulayıb.

Bu gün, fevralın 27-də Azərbaycan prezidenti İ.Əliyev və xanımı, birinci vitse-prezident Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər.

Prezident Mingəçevirdə bəzi obyektlərin açılışında iştirak edib.

Multimedia

XS
SM
MD
LG