Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 05:32

ABŞ köçkün gənclərə ingilis dili öyrənməyə kömək edir


Robert Cekuta

Fevralın 23-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta və xanımı Zəngilan rayonundan məcburi köçkünlərin təhsil aldığı 4 saylı məktəbdə “Bilik Qüvvətdir!” adlı məktəbdənkənar ingilis dili tədris proqramına qatılıb. Tədbirdə Nazirlər Kabinetinin təmsilçiləri də iştirak edib.

Səfirliyin məlumatına görə, proqramda 33 şagird iştirak edir.

Proqramın Zəngilan gənclərini ingilis dili bilikləri ilə təmin edəcəyi, yeni təcrübə əldə etmək və qlobal iqtisadiyyatda daha güclü iştirak etməkdə yardımçı olacağı bildirilir.

Səfir və xanımı şagirdlərlə ingilis dilli danışıq məşğələsində iştirak edib, onların məqsəd və istəkləri ilə maraqlanıb.

"Bilik Qüvvətdir" proqramını ABŞ səfirliyi maliyyələşdirir. Onu Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Azərbaycan Dillər Universiteti idarə edir.

Verilən məlumata görə, proqram məktəbdənkənar təhsil proqramları vasitəsilə az təminatlı məcburi köçkün şagirdlərin ingilis dili biliklərini təmin edir, karyera hazırlığına və etimad yaratmağa kömək edir.

Proqrama həftədə iki gün təşkil edilən dərslər daxildir.

Səfirlik Azərbaycandakı məcburi köçkün cəmiyyətinə dəstək verməyə, gənclərə özləri, cəmiyyətləri və Azərbaycan naminə güclü gələcək qurmağa kömək etməyə sadıq olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG