Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 12:17

İnquşetiya 1944-cü il deportasiyasını anır


İnquşetiyada anım tədbiri

Rusiyanın İnquşetiya Şimali Qafqaz regionunun sakinləri inquş və çeçenlərin sovet dövründəki deportasiyasını yad edirlər.

Fevralın 23-də İnquşetiyada məscid və məzarlıqlarda anım tədbirləri keçirilib.

1944-cü il fevralın 23-dən martın 9-dək sovet hakimiyyəti bütün çeçen və inquşları, təxminən 650 min nəfəri Orta Asiyaya sürgün edib, onların nasist Almaniyası ilə əməkdaşlıq etdiyi iddia olunub.

İnquşetiyanın Kreml tərəfindən təyin olunmuş lideri Yunus-Bek Yevkurov fevralın 23-də sakinlərə müraciət edib. O deyib ki, “müdriklik, təmkin, mənəvi güc və ədalətin zəfərinə inam bizi nəinki çətin durumdan çıxardı, doğma torpağımıza da qayıda bildik”.

O zaman deportasiya olunanlardan yarısı yolda, ya da yaşamağa məcbur edildikləri çətin şərait üzündən dünyasını dəyişib.

Salamat qalanlar 1957-ci ildə, sovet diktatoru Josef Stalin-in ölümündən dörd il sonra Şimali Qafqaza qayıdıb.

Qonşu Çeçenistan lideri Ramzan Kadyrov isə 2012-ci ildə Hüzn və Anım Gününü fevralın 23-dən mayın 10-na keçirib. Həmin gün onun 2004-cü ildə Qroznıda öldürülmüş atası Akhmad Kadyrov-un dəfn günüdür.

Fevralın 23-də Kadyrov Telegram-da yaydığı bəyanatda sovet diktatoru Josef Stalin-i deportasiyaya görə pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG