Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:02

ABŞ: 'Rusiya Qutadakı qətllərə görə məsuliyyət daşıyır'


Quta, 22 fevral, 2018-ci il
Quta, 22 fevral, 2018-ci il

Birləşmiş Ştatlar Rusiyanı Suriyanın Şərqi Quta regionunun bombalanmasına görə tənqid edib və deyib ki, Moskva bu ay Qutada 400-dən çox adamın ölümünə görə “xüsusi məsuliyyət” daşıyır.

ABŞ Dövlət Departamenti Rusiyanı Suriya hökuməti üzərindəki nüfuzundan istifadə edərək ölüm hallarını dayandırmağa çağırıb. Bu arada ABŞ diplomatları Dəməşq yaxınlıqdakı Qutada 30 günlük atəşkəs tələb edən qətnamənin qəbuluna çalışırlar. Səsvermə fevralın 23-də BMT Təhlükəsizlik Şurasında keçiriləcək.

“ÖLÜMLƏR BAŞ VERMƏZDİ”

Dövlət Departamentinin sözçüsü Heather Nauert Rusiyanı Suriya prezidenti Bashar al-Assad və ordusunun əməliyyatlarını əngəlləmədiyinə görə ittiham edib. Qutadakı silahlılara qarşı əməliyyat bu ay başlanıb, Rusiya və Suriya Hələbin geri alınmasından ötrü keçirilən qanlı kampaniyanın burada təkrarlana biləcəyini bildiriblər.

*** Buna da bax: Kreml: Rusiyayla müttəfiqləri Qutadakı duruma cavabdeh deyil

Suriyada baş verən dağıntının, ölümlərin, qətllərin dayandırılması üçün nə edirlər? Rusiya Suriyanı dəstəkləməsəydi, bu dağıntılar, ölümlər baş verməzdi”, – Nauert Vaşinqtonda jurnalistlərə deyib.

Bu, Rusiyanın orada baş verənlərdən ötrü xüsusi məsuliyyət daşıdığını göstərir”, – sözçü deyib.

Nauert həmçinin Moskvanı müvəqqəti atəşkəsi hədəfləyən BMT qətnaməsini əngəlləməkdə suçlayıb. Belə bir atəşkəs Qutadakı dinc sakinlərə yardımın çatdırılmasına imkan verərdi.

Rusiyanın BMT-dəki səfiri Qərbin hazırladığı bu qətnaməni rədd edib, bu da fevralın 23-də keçiriləcək səsvermədə veto ehtimalını qabardır.

Səfir Vasily Nebenzya deyib ki, media və qərb ölkələri Qutadakı döyüşlər barədə “dezinformasiya kampaniyası” aparırlar, Al-Qaeda qruplaşmasına bağlı minlərlə yaraqlının burada yaşaması kimi “xoş olmayan həqiqət”i gözardı edirlər.

“RUSİYAYA BEL BAĞLAYIR”

Nauert-in sözlərinə görə, Qutadakı döyüşlər Suriyayla bağlı Rusiyanın sponsorluq etdiyi danışıqların alınmadığını göstərir. Həmin danışıqlarda şərqi Quta “de-eskalasiya zonası” kimi müəyyənləşdirilmişdi, orada döyüş səngiməliydi.

*** Buna da bax: Almaniya Rusiya və İranı Suriya rejimini 'dayandırmağa' çağırır

Bu, həmin de-eskalasiya zonasına necə bir farsa çevrildiyini göstərir”, – Nauert söyləyib.

ABŞ-ın iqtisadi və sosial məsələlər üzrə səfiri Kelley Currie isə BMT-də bildirib ki, Assad Qutadakı düşmənlərini “bombalamaqla, acından qırmaqla” tabe etdirmək istəyir, Hələbdə, Hamada, Homsda da belə davranıb.

Onun sözlərinə görə, Assad qüvvələri Qutada yaşayan “400 min nəfəri bombalayarkən, qazla boğarkən”, Rusiyanın BMT-də onu dəstəkləyəcəyinə bel bağlayır.

Suriya ordusu fevralın 22-də Qutaya vərəqələr buraxıb, sakinləri öz təhlükəsizliklərinə görə buranı tərk etməyə, üsyançıları isə təslim olmağa çağırıb. Hökumət Hələbi mühasirəyə alanda oraya da oxşar vərəqələr buraxmışdı.

Suriyanın BMT-dəki səfiri Bashar al-Ja'afari BMT şurasında deyib ki, Quta “ikinci Hələb”ə çevriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG